Türkiyə-Almaniya münasibətləri gərginləşdi
Dünya
20 İyul 2017 13:52

Türkiyə-Almaniya münasibətləri gərginləşdi


FETÖ, PKK və DHKP-C terrorçularına yaşayış icazəsi verən və qərarları məhkəmənin qərarı imiş kimi qələmə verən Almaniya vətəndaşı Peter Ştoydtnerin Türkiyədə saxlanılması Almaniyanı özündən çıxarıb.

Metbuat.az-ın məlumatına görə, Almaniya kansleri Angela Merkel Türkiyə hökumətindən sözügedən şəxsin sərbəst buraxılmasını tələb edib: 

"Biz Ştoydtnerin saxlanılmasını ədalətsiz qərar hesab edirik. Onun sərbəst qalması üçün əlimizdən gələn hər şeyi edəcəyik. Bu, günahsız insanların məcburi şəkildə həbsxanaya göndərilməsindən başqa bir şey deyil. Türkiyədən Ştoydtnerin azadlığa buraxılmasını tələb edirik".

“İki dövlət arasındakı münasibətlərin gedişatında irəliləyiş gözlənilmir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.

“Almaniya ilə Türkiyə arasındakı münasibətlərin gərginləşməsi bugünün söhbəti deyil. Avropada ən böyük diaspora təşkilatları olan türk diasporaları məhz Almaniyada yerləşir. Referendum öncəsi Ərdoğanın Avropada keçirmək istədiyi görüşlərin qarşısının alınmasında da Almaniyanın mühüm rolu olub. Türk mənşəli Almaniya deputatlarından istifadə edərək qondarma soyqırımın qəbul olunmasında da problemlər yaranıb. Son vaxtlar məhz Türkiyədə yerləşən hərbi bazaların çıxarılması məsələsi də gündəmdədir. Düşünürəm ki, problemlərin hamısı nəyin bahasına olursa-olsun Türkiyənin Avropa İttifaqına üzv olmaması üçün atılmış addımlarla bağlıdır.

Hər iki ölkə fərqli maraqlardan çıxış edir.

Türkiyə Avropa İttifaqında təmsil olunsa, bu Almaniya üçün böyük problemlərə gətirib çıxara bilər. Türkiyə aqrar ölkə kimi bəzi Avropa ölkələrini bazardan vurub çıxara bilər. Eyni zamanda diasporanın daha da güclənməsinə gətirib çıxara bilər. Ən mühüm məsələlərdən biri də müsəlman amilidir. Məhz bu istiqamətdə kürd və PKK problemi də Almaniyada özünü qabarıq şəkildə büruzə verir. Bunları nəzərə alaraq düşünürəm ki, Almaniya gələcəkdə də Türkiyə ilə fərqli maraqlardan çıxış edəcək”.

 Aytən Novruzova / Metbuat.az


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

İrəvanda partlayış oldu

İrəvanda partlayış oldu

20 Yanvar 2018 01:12
20 Yanvardan 20 FOTO

20 Yanvardan 20 FOTO

20 Yanvar 2018 16:28
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08