Mağaza və evlərdən oğurluq edənlər tutuldu
Ölkə
20 İyul 2017 14:04

Mağaza və evlərdən oğurluq edənlər tutuldu


Pirallahıda mağaza və evlərdən oğurluq edən şəxslər saxlanılıb.

Milli.Az bu barədə DİN-ə istinadən xəbər verir.

Bildirilir ki, iyulun 16-da Pirallahı Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşları xidmətdə olan vaxt ərazidəki evlərdən birinin hasarından bir nəfərin tullanaraq işəri keçdiyini müşahidə ediblər.

Onun bu hərəkəti şübhə doğurduğundan polis əməkdaşları həmin evi nəzarətə götürüblər. Az sonra həmin şəxs əlində müxtəlif əşyalar yığılmış torba ilə eyni üsulla həyəti tərk edərkən polislər onu şübhəli kimi saxlayaraq Polis Şöbəsinə gətiriblər. Araşdırmalarla onun qəsəbə sakini Vadim Mironov olması müəyyən edilib.

Aparılan tədbirlərlə onun Elxan adlı şəxslə birlikdə 86 yaşlı tənha kişinin yaşadığı evdən cari ilin iyun-iyul ayları ərzində 3 dəfə ayrı-ayrı vaxtlarda oğurluq etdiyi müəyyən edilib. O, öz ifadəsində həmin evdən ümumilikdə 2340 manat pul, sənəd, mobil telefon, pensiya kartı, məişət əşyaları, elektrik naqili, transformator, təmir-tikinti alətləri, başqa bir evdən ayrı-ayrı vaxtlarda ümumilikdə 510 manat pul, bir mağazadan isə ümumi dəyəri 800 manatdan yuxarı ərzaq, spirtli və sərinləşdirici içkilər, tütün məmulatları və digər məhsullar oğurladıqlarını etiraf ediblər.

Əməliyyat-axtarış tədbirləri ilə Bakı şəhər sakini Elxan Kəbirli müəyyən edilib, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. O, ifadəsində V.Mironovla birlikdə oğurluqlar etdiyini etiraf edib.

Pirallahı RPŞ-də faktla əlaqədar cinayət işi başlanılıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Türkiyədə zəlzələ

Türkiyədə zəlzələ

18 Yanvar 2018 02:32
Bakıda banka SİLAHLI BASQIN

Bakıda banka SİLAHLI BASQIN

18 Yanvar 2018 15:43
Tramp Rusiyanı ittiham etdi

Tramp Rusiyanı ittiham etdi

18 Yanvar 2018 00:47
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08