""Qara transplantasiya" bütün dünyada mövcuddur" - FOTO
Ölkə
20 İyul 2017 14:14

""Qara transplantasiya" bütün dünyada mövcuddur" - FOTO


İndiyədək Azərbaycanda 107 xəstəyə qaraciyər, 356 xəstəyə isə böyrək köçürülüb. Orqan köçürülmə əməliyyatlarında nəticə dünya standartları ilə eynidir və transplantoloji cəmiyyətlər tərəfindən qəbul olunub.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Kazimi deyib ki, Azərbaycanda ilk dəfə 2008-ci ildə canlı donordan qaraciyər köçürülmə əməliyyatı həyata keçirilib. Həmin ildən orqan köçürülməsi üçün xaricə üz tutanların sayı əhəmiyyətli dərəcədə artıb. Hazırda qaraciyər və böyrək köçürülməsinə ehtiyacı olanların 95 faizi bu əməliyyatları Bakıda keçirir.

Şöbə müdiri qeyd edib ki, qaraciyər və böyrəyə ehtiyacı olanların sayı çoxdur, amma donorların sayı kifayət qədər deyil. Hazırda yalnız qohum donorlardan istifadə olunur. Buna görə də alternativ donorlara, yəni meyitdən orqan köçürülməsinə ehtiyac var. "Canlı donorlar fədakar insanlardır. Amma onların sayı azdır. Əksər ölkələrdə meyitdən orqan köçürülməsi həyata keçirilir. Vaxtilə Azərbaycanda da meyitdən orqan köçürülməsi mümkün olub. Səhiyyə Nazirliyində şura yaradılıb, nazir Oqtay Şirəliyevin tapşırığı ilə meyitdən orqan köçürülmə əməliyyatları ilə bağlı məsələlər araşdırılır. Yəqin ki, yaxın vaxtlarda meyitdən orqan köçürülməsi mümkün olacaq", - Kazımi qeyd edib.

M.Kazımi əlavə edib ki, orqan köçürülən 9 qadın ana olub.

Şöbə müdiri qara transplantasiya ilə bağlı sualı cavablandırıb. Onun sözlərinə görə, qara transplantasiya bütün dünyada var. Amma bu işlər qəbulolunmazdır. Çünki orqan köçürülməsi işinin tək tibbi deyil, həm də hüquqi tərəfi var.

M.Kazıminin böyrək köçürdüyü iki xəstə dünya Transplantasiyası Federasiyasının təşkil etdiyi və 54 ölkənin qatıldığı idman yarışlarında bürünc medal qazanıb. 1 il 2 ay əvvəl əməliyyat olunan Sahil Qasımov bildirib ki, yarışlarda yalnız federasiyalar iştirak edə bilər. Buna görə də biz Türkiyə yığmasının tərkibində iştirak ediblər. "2 azərbaycanlı, 2 türk olmaqla 7 medal qazandıq. Bundan sonra Qazaxıstan növbəti yarışlarda onların federasiyasında yarışlara qatılmağı təklif etdi. İspaniyadan da təklif almışıq. Amma Azərbaycanda orqan köçürülmüş idmançıların federasiyasının yaradılmasını istiyirik ki, növbəti yarışlarda öz ölkəmizi təmsil edək", - idman yarışlarında iştirak edərək bürünc medal qazanıb. 1 il 2 ay əvvəl əməliyyat olunan Sahil Qasımov deyib ki, Dünya Transplantasiya Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışlarda iştirak ediblər.

Digər idmançı Arif Rüstəmov isə deyib ki, böyrək köçürüləndən sonra normal həyat tərzinə qayıdıb, aktiv idmanla məşğul olur.

Milli.Az





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13