BMT nümayəndəsi: "ABŞ səfirliyi Tel-Əvivdən Qüdsə köçürməklə səhvə yol verəcək"
Ölkə
20 İyul 2017 14:31

BMT nümayəndəsi: "ABŞ səfirliyi Tel-Əvivdən Qüdsə köçürməklə səhvə yol verəcək"


Bakı. 20 iyul. REPORT.AZ/ "Şərqi Qüds məsələsinə həsr edilmiş konfransın Azərbaycanda keçirilməsi olduqca vacibdir. Buna görə biz Azərbaycana minnətdarıq".
Bu barədə "Report"a Qüds məsələsinə dair Bakıda keçirilən beynəlxalq konfrans barədə açıqlama verərkən BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitəsinin nümayəndəsi Rafael Dario Ramirez Karrenyo deyib.
Azərbaycanın balanslaşdırılmış xarici siyasətini qeyd edən Rafael Dario Ramirez Karrenyo ölkənin Fələstin və İsraillə yaxşı münasibətlərinin olduğunu da vurğulayıb.
BMT nümayəndəsi həmçinin münaqişənin "iki xalq üçün iki dövlət" prinsipi əsasında nizama salınmasının vacibliyini vurğulayıb. Lakin o, Fələstin torpaqlarında yaşayış məskənlərinin tikintisi üzrə İsrail siyasətinin aparılmasının yolverilməz olduğunu bildirib: "Beləliklə, onlar sülhün yaradılması imkanını dağıdırlar".
ABŞ-ın səfirliyin Tel-Əvivdən Qüdsə köçürülməsi cəhdlərinə toxunan D.Karrenyo bu addımın yanlış olacağını deyib: "ABŞ-ın məsələdə böyük məsuliyyəti var və səfirlik köçürüləcəyi təqdirdə, bu, bütün müqavilələri pozacaq". 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13