"Şerif"in prezidentinin Ukraynadakı şirkətində "dövlətə xəyanət" maddəsi ilə axtarış aparılıb
İdman
20 İyul 2017 14:46

"Şerif"in prezidentinin Ukraynadakı şirkətində "dövlətə xəyanət" maddəsi ilə axtarış aparılıb


Bakı. 20 iyul. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” komandasının rəqibi olan Moldova “Şerif”inin prezidenti Viktor Quşan Ukraynanın “İntertelekom” şirkətinin səhmdarları sırasından çıxıb.
“Report”un usionline.com saytına istinadən verdiyi məlumata görə, tanınmamış Dnestryanı Respublikasından olan oliqarx Ukrayna Təhlükəsizlik Xidməti (UTX) əməkdaşlarının şirkətin Odessa şəhərindəki ofisində axtarış aparmasından sonra belə bir addım atıb. “Şerif” Şirkətlər Qrupunun sahibi olan iş adamı UTX-nin "dövlətə xəyanət" maddəsi ilə araşdırmalara başlaması ilə əlaqədar bu cür qərar verib.
V.Quşan “İntertelekom”un ona məxsus səhmlərini (35,5 faiz) şirkətin təhlükəsizlik xidmətinin rəhbəri Viktor Ukrayntsa təhvil verib. Həmçinin, Odessa şirkətinin baş direktoru Boris Akulov vəzifəsindən gedib və onu Viktor Panfilov əvəzləyib.
UTX əməkdaşları “İntertelekom”u öz avadanlığı və şəbəkəsini Krımın Rusiyaya ilhaq edilmiş hissəsinə istifadəyə verməkdə şübhəli bilirlər. Sözügedən şirkətin köməyi ilə Rusiya xüsusi xidmət orqanları əməkdaşlarının Ukrayna rabitə operatorlarının işinə qanunsuz müdaxiləyə yol verdikləri və ukraynalıların fərdi məlumatlarına çıxış əldə etdikləri güman olunur.
Qeyd edək ki, “Qarabağ”la “Şerif” arasında ilk oyun iyulun 25-də Bakıda, cavab matçı isə avqustun 1-də Tiraspolda keçiriləcək.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08