İqtisadiyyat naziri vətəndaşları qəbul edəcək
Ölkə
20 İyul 2017 14:52

İqtisadiyyat naziri vətəndaşları qəbul edəcək


İyulun 21-də iqtisadiyyat naziri Şahin Mustafayev Xırdalanda Abşeron, Qubadlı rayonları və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-79), (050) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), 195-2 Çağrı Mərkəzi, Nazirliyin Abşeron regional bölməsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqələndirici şəxs Ramal Əhmədov, əlaqə telefonu: (018) 654-42-23, (055) 235-01-81, elektron poçt ünvanı: ramal.ahmadov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet və "facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13