Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin keçirdiyi treninqlər yekunlaşıb
Ölkə
20 İyul 2017 15:01

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin keçirdiyi treninqlər yekunlaşıb


Bakı. 20 iyul. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Azərbaycan multikulturalizmi fənnini elmi əsaslarla tədris edəcək mütəxəssislər üçün növbəti intensiv treninqlər təşkil edib.
Mərkəzdən "Report"a verilən məlumata görə, BBMM-də keçirilən treninqlərdə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Naxçıvan Dövlət Universiteti, Polis Akademiyası, Bakı Avrasiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqojı Universiteti, Azərbaycan Dövlət Sərhəd Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Dövlət Neft və Sənayə Universiteti və Bakı Biznes Universitetinin müxtəlif elmi dərəcəli alimləri və müəllimləri iştirak ediblər.
Treninqlər zamanı geniş diskussiyalar aparılıb, gələcəkdə bu fənni tədris edəcək mütəxəssislərin sualları ətraflı cavablandırılıb, onlara əyani vəsait kimi BBMM-in nəşrləri, həmçinin bugünlərdə işıq üzü görmüş ali məktəblər üçün “Azərbaycan multikulturalizmi” dərsliyi təqdim edilib.
Qeyd edək ki, iyulun 22-də imtahan keçiriləcək və uğurlu nəticə göstərən treninq iştirakçılarına BBMM-in sertifikatları təqdim olunacaq.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08