"Mənə ən azı 2 otaqlı mənzil düşürdü!
Ölkə
20 İyul 2017 15:02

"Mənə ən azı 2 otaqlı mənzil düşürdü!


Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin paylanması mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzil var. Binanın həyətində idman meydançası yaradılıb, geniş abadlıq işləri görülüb.

"Mənim fəaliyyətim bütün kriteriyalara uyğun gəlir".

Bu sözləri Metbuat.az-a açıqlamasında eşitdiyi xəbərdən məyusluq hissi keçirən jurnalist Orxan Fikrətoğlu deyib.

“Hazırda qaraciyərimdən müalicə alıram. Bu xəbər mənimçün çox gözlənilməz oldu. Çünki 2-3 evi olan, hətta deyəsən birinci binada ev alana da hazırki binada ev verilib. Amma mənim doğrudan da evə ehtiyacım var. Ola bilsin ki, şayiələr gəzir ki, mənim evim var. Düzdür, mən 1 otaqlı evdə yaşayıram. Ailəm, hamımız bir yerdə yaşayırıq. 32 illik jurnalist təcrübəm var, hər halda Azərbaycanda az-çox tanınıram. Mənə elə gəlir ki, 1,2 və ya 3 otaqlı mənzil mənə düşürdü. Çox istəyərdim ki, Mətbuat Şurası açıqlama versin ki, o evləri hansı kriteriyalarla verib. Kimlərə verdilər və necə oldu ki, ev alanlar arasında qəzet redaktorları çoxdur. Mən artıq veteran sayılıram. Mənə elə gəlir ki, heç olmasa əməyimə görə mənə ev düşməli idi. Başa düşmədim, heç olmasa bu kriteriyalar düzgün olsun, obyektiv olsun. Çünki cənab prezidentin bu xoş məramı, ümumiyyətlə cənab prezidentin jurnalistlərə bu xoş münasibəti bütün strukturlarda, icra edən strukturlarda da məncə obyektiv şəkildə həyata keçirilməlidir. Hansı kriteriyalar deyirdilərsə, həmin kriteriyalara cavab verirdim. Təcrübəm var, müəyyən işlərim olub. Hazırda da işləyirəm. Müəyyən fəaliyyətim var”.

İlham Əliyev jurnalistlərə mənzillərin paylanması mərasimində iştirak edir-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08