Namus üstündə arvadını öldürdü - Məhkəmə
Ölkə
20 İyul 2017 15:44

Namus üstündə arvadını öldürdü - Məhkəmə


Arvadını namus üstündə öldürməkdə təqsirləndirilən Əkbər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqının başa çatdığı elan edilib.
 
Çıxış üçün söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında arvadını xüsusi amansızlıqla, əzab verərək öldürən Əkbər Quliyevə cəza istəyib. Dövlət ittihamçısı Əkbər Quliyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
 
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.
 
Məhkəmə iyulun 27-nə təyin edilib.
 
Qeyd edək ki, hadisə 2017-ci martın 24-də  Yasamal rayonu ''Qanlıgöl'' yaxınlığında baş verib.
 
Qeyd edilən ərazidə kirayədə yaşayan 43 yaşlı Əkbər Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 42 yaşlı Firuzə Quliyevaya küçənin ortasında çoxsaylı bıçaq xəsarətləri yetirib. 14 bıçaq zərbəsi alan F.Quliyeva hadisə yerində ölüb.
 
Ə.Quliyev ifadəsində deyib  ki, həyat yoldaşını yad kişi ilə görüb. Bunun səbəbini soruşduqda qadın həmin şəxsin tanışı olduğunu deyərək, ərinə ''işinlə məşğul ol'' söyləyib. Həyat yoldaşının laqeydliyini qəbul edə bilməyən Ə.Quliyev arvadını bıçaqlayıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08