ECB faizləri dəyişməyib
İqtisadiyyat
20 İyul 2017 15:56

ECB faizləri dəyişməyib


Bakı. 20 iyul. REPORT.AZ/ Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin 0% səviyyəsində saxlanılmasına dair qərar qəbul olunub.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ECB həmçinin depozit faizlərini -0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.
Bank həmçinin monetar ekspansiya ilə bağlı qərarını dəyişməyib və aylıq istiqraz alışı həcmini 60 mlrd. avro məbləğində saxlayıb. Bakı vaxtı ilə saat 16:30-da isə ECB sədri Mario Draginin açıqlamaları gözlənilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13