BAKI: Avtobusda qalmaqal
Ölkə
20 İyul 2017 16:02

BAKI: Avtobusda qalmaqal


Bakıda kartla işləyən avtobusun sürücüsü sərnişinlərdən gediş haqqını nəğd toplayıb.

Metbuat.az bildirir ki, hadisə dünən axşam 19:00 radələrində 88 nömrəli avtobusda qeydə alınıb. Sürücü kart sisteminin işləmədiyi üçün sərnişinlərədən gediş haqqını nağd şəkildə yığıb. Sərnişinlər qeyd edib ki, bu cür hadisələr günün pik saatlarında tez-tez olur.

 Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bu cür şəxslərə qarşı tədbir görüləcək:

“88 nömrəli avtobusda ödəniş kart sistemi vasitəsilə həyata keçirilir. Sürücü avtobusda kart sistemi ola-ola sərişinlərdən gediş haqqını nağd şəkilə tələb edirsə, bu, birmənalı olaraq qanunsuz hərəkətdir. Qeyd olunan problemlə bağlı 88 nömrəli avtobusun sürücüsünə məlumat veriləcək və bu cür şəxslərə qarşı tədbir görüləcək.

Avtobusun kart aparatında texniki problem yaranan zaman sürücü ödənişi nağd şəkildə ala bilər. Əslində, avtobuslarda belə bir problem yaranmamalıdır. Avtobusun kart sistemi vaxtı-vaxtında yoxlanılmalıdır. Bu hallar mütəmadi olaraq baş verirsə, insanlarımız qətiyyətlə nağd ödənişdən boyun qaçırmalı, kart aparatının işləməsini tələb etməlidir. Sərnişinlər şikayət etməklə kifayətlənməməlidir. Biz də dövlət qurumu olaraq, üstümüzə düşən vəzifələri edirik. Əsas odur ki, insanlarımız da bu işdə fəal olsunlar”.

Xəyalə Məmmədova / METBUAT.AZ 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08