Sumqayıt yolunda tələbələrin öldüyü qorxunc qəzada sağ qalan şəxsdən QANDONDURAN SÖZLƏR
Ölkə
20 İyul 2017 16:23

Sumqayıt yolunda tələbələrin öldüyü qorxunc qəzada sağ qalan şəxsdən QANDONDURAN SÖZLƏR


Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə baş tutan prosesdə zərərçəkmiş Elgiz Həsənov ifadə verib.

O deyib ki, qəzaya qədər olanları xatırlamayıb: “Qəzadan sonra olanları xatırlayıram. Qəza bir anda oldu. Ötmə əməliyyatını görməmişəm. Qəzadan sonra maşından düşən 4 nəfərdən biri idim. Çıxanda gördüm ki, 3 nəfər dostum yerdə uzanıb. Hər yer qan içindəydi. Bir neçə saat əvvəl eyni yerdə olduğumuz, söhbət etdiyimiz adamlar, dostlarımız artıq cansız idi”.

Daha sonra hakim zərərçəkmişlərin dindirilməsinin başa çatdığını deyib. İş üzrə tanınan şahidlərdən bir nəfərin dindirilməmiş qaldığı elan edilib.

Növbəti proses iyulun 25-də davam edəcək.

Bildirək ki, həmin şahid qəza zamanı tələbələrin olduğu qırmızı rəngli “Ford”la ötüşdüyü deyilən yaşıl rəngli “Ford”un sürücüdü Rauf Seyfullayevdir. Məhkəmə həmin sürücünün məhkəməyə məcburi gətirilməsilə bağlı qərar çıxarıb.

Hələ ki, onun məhkəməyə gətirilməsi mümkün olmayıb.

Əlavə edək ki, hadisədən sonra yayılan videogörüntülərdə qəzaya uğrayan “Ford”un yaşıl rəngli “Ford”la ötüşdüyü və sağ tərəfdən ötmə əməliyyatı etdiyi görünür.

İttihama görə, bu il martın 9-da Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Ölənlər Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Rəşad Canıyev, Roza Muradova, Lalə Nəsirzadə və Çinarə Quliyevadır.

Hadisədən sonra aparılan araşdırmalar nəticəsində mikroavtobusun sürücüsü Namiq Hüseynov həbs edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

Hacı Zeynalov

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08