Türkiyənin Azərbaycandakı səfiri jurnalistlərlə görüşüb
Ölkə
20 İyul 2017 16:46

Türkiyənin Azərbaycandakı səfiri jurnalistlərlə görüşüb


Bakı. 20 iyul. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərlə görüşüb.
"Report"un xəbərinə görə, səfir 11-17 iyulda Ankarada səfərdə media nümayəndələrinin təəssüratını öyrənib.
Jurnalistlər səfər proqramından razılıqlarını ifadə ediblər. Səfir Erkan Özoral media nümayəndələrinə təşəkkür edib. O deyib ki, Azərbaycanın gücü Türkiyənin gücüdür: "Yetər ki, birlikdə olaq. Azərbaycan daim Türkiyəyə dəstək verib. Azərbaycanın da problemi Türkiyənin problemidir".
O, 2016-cı ilin iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı deyil, türk xalqına, cümhuriyyətinə qarşı yönəldiyini vurğulayıb.
Səfir sonda jurnalistlərlə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, 11-17 iyulda 2016-cı ilin iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən bir il ötməsi münasibətilə 350-yə yaxın xarici media nümayəndəsi Türkiyədə səfərdə olub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 24 yanvar

Astroloji proqnoz - 24 yanvar

24 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08