Azərbaycan:Təhlükəli mobil virus yayıldı
Ölkə
20 İyul 2017 17:02

Azərbaycan:Təhlükəli mobil virus yayıldı


“Android” istifadəçilərini hədəf seçən yeni virus qeydə alınıb. Virus “Google”un rəsmi tətbiqlər mağazası olan “Play Store”-dan yüklənən saxta proqram tətbiqləri vasitəsi ilə telefonlara yoluxur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, “LeakerLocker” adlanan virus şəxsi şəkillərinizi, mesajlarınızı, internet brauzer tarixçənizi, e-poçtlarınızı ələ keçirdiyini iddia edərək müəyyən məbləğ qarşılığında istifadəçini təhdid edir və bütün informasiyanı telefonunuzdakı kontaktlara göndərəcəyini bildirir.

Artıq minlərlə “Android” istifadəçisi bu virusdan zərər çəkib. Virus telefona yoluxduqdan sonra onu kilidə salaraq ekranda “Bütün şəxsi məlumatlarınız bizim təhlükəsiz buludumuza köçürülüb. 72 saat ərzində bu məlumatlar sizin telefon və e-poçt kontaktlarınızdakı hər kəsə göndəriləcəkdir. Bundan imtina etmək üçün 50$ ödəməlisiniz” - deyə yazı peyda olur.

“McCafe” kibertəhlükəsizlik qurumu tərəfindən “LeakerLocker” təhlükəsi “Play Store”dakı iki tətbiqdə “Wallpapers Blur HD ” və “Booster & Cleaner Pro” proqramlarında aşkar edilib. “McCafe” şirkətinin açıqlamasına görə, hər 2 tətbiq barədə “Google” şirkətinə məlumat verilib və hal-hazırda ekspertlər tərəfindən araşdırılır. Buna baxmayaraq “LeakerLocker”un istənilən tətbiqi yükləyərkən də mobil telefonunuzu yoluxdurma təhlükəsi var.

Qeyd olunmuş təhlükədən qorunmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi aşağıdakıları tövsiyə edir:

Bəhs edilən bu 2 tətbiqdən (Wallpapers Blur HD və Booster & Cleaner Pro) birini yükləmisinizsə, dərhal silin.

“Play Store”da hər hansı bir proqramı yükləməzdən öncə istifadəçilər tərəfindən yazılmış rəyləri oxuyun, reytinqləri nəzərdən keçirin.

Tətbiq, məzmunundan kənar olaraq telefonunuzdakı kontaktları, şəkilləri, zəngləri idarə etmək üçün sizdən müəyyən icazələr istəyirsə, ondan imtina edin və dərhal silin.

Əgər artıq mobil telefonunuz bu virusa yoluxubsa və sizdən pul tələb edirlərsə, pulu ödəməyiniz məsləhət görülmür.

Qeyd edək ki, təhlükə ilə artıq üzləşmisinizsə, Elektron Təhlükəsizlik Mərkəzinin 1654 “qaynar xətt”inə zəng etməyiniz və ya “team@cert.az” elektron ünvanına yazmağınız tövsiyə olunur.

Penitensiar Xidmətin 6 əməkdaşı haqda - SƏRT TƏDBİR - Oxumaq üçün tıkla

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13