Vəkil sabiq deputatla bağlı bütün gizlinləri AÇDI və bunu TƏLƏB ETDİ
Ölkə
20 İyul 2017 17:13

Vəkil sabiq deputatla bağlı bütün gizlinləri AÇDI və bunu TƏLƏB ETDİ


Sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyilə baş tutan prosesdə Dünyamin Xəlilovun vəkili Elvin Səlimov müdafiə çıxışı edib.

O deyib ki, müdafiə etdiyi şəxs bildiyi məlumatları, informasiyaları istintaq orqanı ilə bölüşüb: “Bu işdə ən ağır cəza müdafiə etdiyim şəxsə verilib. Yeganə şəxsdir ki, bu iş üzrə onun barəsində həbs qətimkan tədbiri seçilib. Müvəkkilim Beynəlxalq Bank işi üzrə bildiklərini ibtidai istintaq və məhkəmə istintaqı dövründə arayışlar şəklində məhkəməyə təqdim edib. İttihamda yazıldığı kimi, müdafiə etdiyim şəxsin və digər şəxslərin qeyd edilən milyonları mənimsəməsi, ələ keçirməsi mümkün deyil. Bütün işlərə bank nəzarət edib. Bank elə bir qurumdur ki, oradan kimsə özbaşına bu qədər vəsaiti ala bilməzdi. Məlumdur ki, bu məbləğlə xaricdə layihələrin icrasına yönəldilib”.

Elvin Səlimov qeyd edib ki, Dünyamin Xəlilova qarşı ittihamlar ibtidai istintaq dövründən qərəzli olub: “Onun nöqsansız fəaliyyəti göz qabağındadır. Onun fəaliyyəti, gördüyü işlərlə bağlı sənədlər ibtidai istintaq orqanına da təqdim edilib, cinayət işi materiallarında da yer alır. Məhkəmədə şahid ifadələrini, Beynəlxalq Bankın rəhbər şəxslərini dinlədik. Onlar suallara cavabında xaricdə layihələrin icra edildiyindən, pulların oraya köçürüldüyündən xəbərdar olduqlarını deyirlər. Hətta həmin pulların alınmasında onların da imzaları var. Amma ittiham olunan yeganə şəxs Dünyamin Xəlilovdur”.

Vəkilin sözlərinə görə, Dünyamin Xəlilov mənəvi baxımdan rahatdır: “Çünki o və biz bilirik ki, ittihamda qeyd edilən məbləği Dünyamin Xəlilov mənimsəməyib. Çünki bu proseslər bank tərəfindən həyata keçirilib və pullar da həmin layihələrin icrasına yönəldilib”.

Vəkil həmçinin Dünyamin Xəlilovun əmlakları üzərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı məhkəmənin qərar çıxarmasını tələb edib.

Vəkil Dünyamin Xəlilov barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmədə digər təqsirləndirilən və ev dustaqlığında olan şəxslər də son sözlə çıxış edib. Onlar barələrində bəraət hökmünün çıxarılmasını və ittihamla özlərini təqsirli bilmədiklərini deyiblər.

Dünyamin Xəlilov isə son söz demək üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses iyulun 24-də davam edəcək.

Qeyd edək ki, prokuror Dünyamin Xəlilovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı eyni zamanda Şakir Musayevə 5 il, Ruslan Əsgərova 4 il, Seffulla Seyfullayevə 7 il 6 ay, Fərhad Əmiraslanova 7 il, Mənsur Zeynalova 7 il, Rauf Əliyevə 4 il cəza tələb edib.

İttihama görə, Dünyamin Xəlilov "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın dostluq münasibətində olub.

O, "Səbail Mebel" ASC-nin baş direktoru Seyfulla Seyfullayev, "Aqora" MMC-nin direktoru Fərhad Əmiraslanov, "Kondor Qrup" MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə cinayətkar qrup – mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakını qəsdlə və təkrar talayaraq mənimsəyib.

Dəstə üzvləri həmçinin "Azərbaycan Beynəlxalq Bank"ına külli miqdarda ziyan vurublar.

Hacı Zeynalov

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08