Vəkil sabiq deputata bəraət istədi
Ölkə
20 İyul 2017 17:14

Vəkil sabiq deputata bəraət istədi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək həbs edilən iş adamı və sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən D. Xəlilovun vəkili Elvin Səlimov hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyini deyib. Vəkil D.Xəlilova bəraət verilməsini xahiş edib.

D.Xəlilov son söz üçün məhkəmədən vaxt istəyib.

Proses iyulun 24-də davam edəcək.

Ötən prosesdə prokuror D.Xəlilovun 14 il, Ş.Musayevin 5 il, R.Əsgərovun 4 il, S.Seyfullayevin 7 il 6 ay, F.Əmiraslanovun 7 il, M.Zeynalovun 7 il, R.Əliyevin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, D.Xəlilov Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D.Xəlilov və digərləri Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə), 213.2.1-ci (vergi ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) 32.4,308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ilə ələ alma) və 32.4,309.2-ci (vəzifə səlahiyyətlərini aşma ilə ələ alma) maddələri ilə ittiham olunurlar.

Təqsirləndirilən şəxs D.Xəlilov "Globus Plaza"nın sahibidir. O, 2005-ci ildə Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumu və işçisi olub. C.Hacıyevə məxsus "Şəki Bazar" və "Şəki Ət Kombinatı" ASC-ni uzun müddət D.Xəlilov idarə edib. ABB-nin bir filialı uzun illər "Globus Plaza"nın üçüncü mərtəbəsində yerləşib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13