XİN: Lapşin barəsindəki məhkəmə hökmü ilə ədalət təmin olundu
Digər
20 İyul 2017 17:23

XİN: Lapşin barəsindəki məhkəmə hökmü ilə ədalət təmin olundu


Aleksandr Lapşinin azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmü ilə ədalət təmin olundu.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev A.Lapşin barəsində məhkəmənin qərarı ilə hökm çıxarılmasına münasibət bildirərkən deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir və məhkəmənin qərarına hörmətlə yanaşılmalıdır: "Birinci instansiya məhkəməsinin qərarı ilə A.Lapşinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb və ədalət təmin olunub".

O əlavə edib ki, istintaq və məhkəmə prosesində A.Lapşinin bütün hüquqları təmin olunub: "Həmçinin konsulluq münasibətləri haqqında Vyana Konvensiyasına uyğun olaraq A.Lapşinin vətəndaşlığını daşıdığı ölkələrin konsulluq nümayəndələrinə də onunla təmaslar üçün bütün lazımi şərait yaradılıb.

Fürsətdən istifadə edərək, əcnəbi ölkə vətəndaşlarını Ermənistanın propaqanda alətinə çevrilməməyə, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən və işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllərdən kənar durmağa çağırırıq".

XİN rəsmisi bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı aparılan fəaliyyətlərin, işğal olunmuş ərazilərimizdəki qeyri-qanuni əməllərin qarşısının alınması istiqamətində qəti və zəruri milli və beynəlxalq hüquqi təqib xarakterli addımlar bundan sonra da davam etdiriləcək. (trend)

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08