Azərbaycan dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Rusiyada tutulub
Ölkə
20 İyul 2017 17:31

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Rusiyada tutulub


Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxaq axtarışa verdiyi şəxs Rusiyada tutulub.
“Report” xəbər verir ki, Azərbaycan vətəndaşı Teymur Məmmədov Samara şəhərində adam oğurluğu cinayətinə görə saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiya olunması üçün iş aparılır.
Qeyd edək ki, T.Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələr ilə ittiham olunur. 1985-ci il təvəllüdlü T.Məmmədov Bakı şəhərində anadan olub. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08