Kiyevdə axtarışda olan Azərbaycan vətəndaşı 20 güllə yarasından həlak olub
Ölkə
20 İyul 2017 18:01

Kiyevdə axtarışda olan Azərbaycan vətəndaşı 20 güllə yarasından həlak olub


Bakı. 20 iyul. REPORT.AZ/ Kiyevin mərkəzində "Çerniqovskaya" metro stansiyasının yaxınlığında iki nəfər 53 yaşlı Azərbaycan vətəndaşı Məmmədov Asif Bahadur oğluna atəş açıb.
"Report" Ukrayna KİV-lərinə istinadən bildirir ki, ölkənin Daxili İşlər Nazirliyinin verdiyi xəbərə əsasən, ilkin məlumata görə, atəş "Kalaşnilov" avtomatı və tapançadan açılıb.
Qatillər avtomatı hadisə yerində qoyaraq qaçıblar. Meyitin üzərində 20 güllə yarası aşkar edilib.
Qeyd edək ki, A.Məmmədov üç ildir Rusiyanın Kemerovsk vilayətində münaqışə nəticəsində həmyerlisini öldürməkdə şübhəli bilinərək axtarışa verilib.  



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22