"Porsche" ilə qəza edən Əhəd Kərimov: "Rəis atamın pulu ilə ayaqqabı belə almamışam" - VİDEO
Ölkə
20 İyul 2017 18:04

"Porsche" ilə qəza edən Əhəd Kərimov: "Rəis atamın pulu ilə ayaqqabı belə almamışam" - VİDEO


Bakıda "Porsche" ilə piyadanın üstündən keçdiyi deyilən 24 yaşlı Əhəd Kərimov atası ilə heç bir əlaqəsi olmadığını deyib. 

Milli.Az xəbər verir ki, Əhəd Kərimov baku.ws-yə bildirib ki, atası ilə anası 1994-cü ildə boşanıblar. O, anası ilə yaşadığını və atası ilə münasibətləri soyuq olduğunu deyib: 

"Bu məsələdə mənim atamın heç bir aidiyyatı yoxdur. Atamla anam 20 il əvvəl ayrılıblar. Atamın yanında böyüməmişəm. Məni böyüdən şəxs anam olub. O, maşını isə mən öz halal qazancımla almışam. Özəl şirkətlərin birində işləyirəm. Atam ilə mən 5-6 ildir danışmıram. O, mənim heç ad günümü belə zəng edib təbrik etmir, onun pulu ilə ayaqqabı belə almamışam. O, qədər soyuqdur münasibətimiz. Yəni atama görə arxayanlaşım, harınlayım, belə şey yoxdur".
 
Əhəd Kərimov hadisənin necə baş verməsi ilə bağlı da danışıb: "Mən aeroport yolu ilə yüzlə gedirəm, qabaqda da "Mercedes Sprinter" markalı mikroavtobus gedir. "Sprinter"lə məsafə 10 metrdir. Bir anlıq "Sprinter"in qarşısından piyada keçdi. "Sprinter" sol güzgüsü ilə piyadanı vurdu və adam mənim maşınımın altına düşdü. Mən isə saxlaya bilmədim. Bu bir anlıq hadisə idi". 

Qeyd edək ki, Əhəd Kərimov BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, hazırda Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimovun oğludur.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08