ABŞ-ın ikinci Quantanamo həbsxanası üzə çıxdı - Məhkumlar İŞİD terrorçularıdır? - FOTO
Dünya
20 İyul 2017 18:24

ABŞ-ın ikinci Quantanamo həbsxanası üzə çıxdı - Məhkumlar İŞİD terrorçularıdır? - FOTO


Mosulun xaricində inşa edilən bir kompleksdə 370 məhkum saxlanılır.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, məhkumlardan 100 nəfər kiçik bir otaqda yaşayır. Üst-üstə yığılan insanlar 45 dərəcə istidə dar bir otaqda qalmaq məcburiyyətindədirlər. Günəş üzü görmədikləri üçün bir çoxu xəstəlikdən əziyyət çəkir.

İddiaya görə bu məhkumlar İŞİD terrorçularıdır. Bunu həbsxana nəzarətçiləri də bildirirlər. ABŞ mətbuatına müsahibə verən həbsxana işçisi bildirib ki, dustaqların bir çoxu xəstədir və günəş şüası ilə qidalanmadıqları üçün dəri xəstəliklərindən də əziyyət çəkirlər. Bir çoxu gəzə bilmir. Hərəkət etmədikləri üçün ayaqları şişib.

Son üç ayda bu həbsxanadan 1150 məhkum keçib. Onlardan 450-i Bağdaddakı həbsxanaya göndərilib. Mosulun cənubundakı Kayyaradakı həbsxanada isə 2.800 İŞİD terrorçusu var.

Milli.Az




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13