QHT sədri: "Jurnalistlər üçün tikilən yeni yaşayış binasının açılışı əlamətdar hadisədir"
Ölkə
20 İyul 2017 18:54

QHT sədri: "Jurnalistlər üçün tikilən yeni yaşayış binasının açılışı əlamətdar hadisədir"


Prezident İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilən yeni yaşayış binasının açılışı yalnız bu günümüzün deyil, tariximizin əlamətdar hadisələrindəndir.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında jurnalistlər üçün tikilmiş növbəti binada mənzillə təmin olunan Güney Asiya və Orta Qafqaz Sülh Azadlıq Şəbəkəsi Məclisinin üzvü Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, Prezidentin jurnalistlərə bu cür davamlı diqqət göstərməsi alqışlanmalıdır: "Bu gün 255 ailə paytaxtda yeni, təmirli mənzillə təmin edildi. Bunu dövlət başçısı proqramlı şəkildə həyata keçirir. Artıq bir bina tikilmişdi və 155 jurnalist mənzillə təmin olunmuşdu, bu gün ikinci-255 ailəlik binanın açılışı oldu və 3-cü binanın təməli qoyuldu. Artıq bu ərazi şəhərcik statusu alır. Bunların hamısı Azərbaycanda mətbuata, jurnalistikaya, azad sözə, söz, sənət sahiblərinə yüksək münasibətin göstəricisidir. Xüsusilə bizə yaxın coğrafiyada, müharibə zonalarında evlərin dağıdıldığı bir vaxtda quruculuqla məşğul olmaq, ev tikmək özü bir qlobal hadisədir. Mən şəxsən öz adımdan, ailəm adından Prezidentə təşəkkür edirəm, kiçik əməyimi bu cür böyük qiymətləndirdiyi üçün ona dərin minnətdarlığımı bildirirəm".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13