Elmar Məmmədyarov Samir Bakr və Akşin Mehdiyevi qəbul edib
Ölkə
20 İyul 2017 19:04

Elmar Məmmədyarov Samir Bakr və Akşin Mehdiyevi qəbul edib


Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin Fələstin və Əl-Qüds məsələləri üzrə köməkçisi Samir Bakr və İƏT-in BMT yanında Daimi nümayəndəsi Akşin Mehdiyevi qəbul edib

Milli.Az xəbər verir ki, Samir Bakr Bakıda BMT və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən "Yerusəlim məsələsi üzrə Beynəlxalq Konfrans"ın işini yüksək qiymətləndirdi və ev sahibliyinə görə Azərbaycan tərəfinə təşəkkür etdi

Nazir Elmar Məmmədyarov 2017-ci ilin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə İslam həmrəyliyi ili elan edildiyini və Azərbaycanın İƏT-lə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verdiyini qeyd edərək, İslam dünyası ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın irəlilədilməsində İƏT-in əvəzsiz platforma olduğunu diqqətə çatdırdı.

Görüşdə, həmçinin, donor ölkə kimi Azərbaycanın İƏT-ə üzv olan ölkələrdə fəaliyyəti və təşkilatın işinə verdiyi töhfələr təqdir edildi.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08