Tutuquşu şahidliyi: qadın ərinin qətlində təqsirli bilinib - FOTO
Maraqlı
20 İyul 2017 19:34

Tutuquşu şahidliyi: qadın ərinin qətlində təqsirli bilinib - FOTO


ABŞ-ın Michigan ştatında qadın ərinə beş dəfə güllə açaraq öldürməkdə təqsirli bilinib.

Evdə saxlanılan tutuquşu, güman edildiyinə görə, hadisənin şahidi olub.

Milli.Az BBC-yə istinadən bildirir ki, Glenna Duram, həyat yoldaşı Martini, 2015-ci ildə evdə saxlanılan tutuquşu qarşısında güllələyib.

Bundan sonra qadın odlu silahla özünü də öldürməyə cəhd göstərib, lakin onun bu cəhdi alınmayıb.

Tutuquşu, hadisədən bir müddət keçmiş, "Vurma!" sözünü səsləndirib.

Qadın deyib ki, tutuquşu həmin sözü onun mərhum ərinin səsinə bənzər səslə səsləndirib.

Afrika Boz tutuquşusu

Bud adlı Afrika tutuquşusu məhkəmə prosesinə cəlb olunmamışdı.

Hakimlər heyəti bir gün çəkən müzakirələrdən sonra 49 yaşlı xanım Duram-ı qətl törətməkdə təqsirkar bilib.

Ona qarşı məhkəmənin cəza qərarı gələn ay çıxarılacaq.

2015-ci ilin may ayında Sand Lake şəhərində ər-arvadın evində baş vermiş insidentdə Glenna Duram başından yara alıb, lakin sağ qalıb.

Cənab Duram-ın anası Lillian deyib ki, məhkəmədə oğlunun ölümü ilə bağlı dəlilin təqdim edilməsi zamanı xanım Duramın bunu "emosiyasız qarşılamasına" tamaşa etmək "ağrıverici" olub.

Bud-un hazırkı sahibi, cənab Duram-ın keçmiş həyat yoldaşı Christine Keller hesab edir ki, tutuquşu qətl gecəsindəki eşitdiyi sözü təkrarlayıb: "Vurma!"

"Mən düşünürəm ki, quş hadisənin şahidi olub, hadisə zamanı deyilmiş sözü yadda saxlayıb və indi onu səsləndirir", - mərhumun atası deyib.

Michigan prokuroru əvvəlcə tutuquşunun dediklərindən prosesdə dəlil kimi istifadə etmək istəyib, lakin sonradan fikrini dəyişib.

Prokuror əlavə edib ki, ehtimal ki, proses zamanı tutuquşu şahid qismində məhkəməyə dəvət olunmayacaqdı.

Milli.Az



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13