Goranboyda keçirilən reyddə təhlükəli anlar - VİDEO - FOTO
Ölkə
20 İyul 2017 19:54

Goranboyda keçirilən reyddə təhlükəli anlar - VİDEO - FOTO


Yol polisi Goranboyda kütləvi reyd keçirdi.

Milli.Az ARB TV-yə xəbər verir ki, gecə avtomagistrallarda özü ilə yanaşı başqaları üçün də təhlükə saçan sürücülər hədəfdədir.

Gecə saatlarında iri tutumlu avtobusla Bakı istiqamətinə sərnişin daşıyır, nəqliyyat vasitəsinin texniki sazlığına nəzər yetirmir, bu azmış kimi sükan arxasına sənədsiz əyləşir.

Görüntülər Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində lentə alınıb. Reyd günəmuzd işləyən əksər sürücülərlə bağlı vəziyyətin eyni olduğunuz üzə çıxarır.

Avtobus sürücüləri arasında yol polisinin saxla işarəsinə tabe olmayanlar da tapılıb. Bir xeyli yol polisi ilə qaçdı qovdu oynayan sürücü qəza şəraiti yaradaraq özünü və sərnişinlərin həyatını təhlükəyə atdı.

Yol verilən qayda pozuntularına görə sürücülər cəzasız qalmayıb. Onların barəsində qanuna uyğun tədbir görülüb.

Etibar İbrahimov YPXA-nın 8-ci tağımının komandri: "Məsələn saat 08:00 də avtobus yola çıxırsa gecə saat 1-də hərəkətə başlayır. Belə olanda sürücü yorgun olur yolda yuxulayır və hadisə törədir. Bu hadisələrin qarşısını almaq məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi tərəfindən xüsusi tədbirlər planı hazırlanıb. Bütün stasionar postlarda reydlər keçirilir".

Əli Əlyarov - DANX-nin Gəncə Regional Şöbəsinin rəisi: "Reydlər zamanı sürücülərə təklif olunur ki onlar avtobuslarını təhlükəsiz bir yerdə saxlayaraq saat 00:00 dan səhər saat 05:00 dək istirahət etsinlər. Təbii ki bu sürücülərin və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır".

Yol Polisi ilə Dövlət Avtomobil Xidməti əməkdaşlarının birgə reydləri qarşıdakı günlərdə də davam edəcək.

Milli.Az





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 avqust

Astroloji proqnoz - 16 avqust

16 Avqust 2017 00:13
Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13