Uşağı müstəqil yeməyə necə öyrətməli?
Ölkə
20 İyul 2017 20:24

Uşağı müstəqil yeməyə necə öyrətməli?


Uşaq yaxşı otura bildikdə, onu daha qucaqda otuzdurub yedirməyin. Uşağı yemək stolunun arxasında müvafiq hündürlükdə stula oturtmaq lazımdır. Uşaq bu stulda elə oturmalıdır ki, ayaqları yerə dəysin. Ana uşağın qarşısında oturmalıdır. Əvvəlcə uşaq təzə vəziyyətə alışa bilmir, tez stuldan durmaq istəyir. Amma zaman keçdikcə uşaq oturub özü yeməyə vərdiş edir. Ana uşağının müstəqil yemək yeməyə öyrənməsini istəyirsə, uşağı stul arxasında otuzduran kimi, qaşığı onun əlinə verməyə çalışmalıdır.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, ana əvvəlcə kasaya azca yemək töküb, qaşığı uşağın sağ əlinə verməli və kənardan uşağı izləməlidir. Arabir ana başqa kasadan yemək götürüb uşağın ağzına qoymalıdır. Uşağın bacarığından asılı olaraq ana onun kasasına yemək əlavə edir. Uşaq yeməyini ananın müşahidəsi altında yeməlidir. Ana uşağına yanlız kasadakı yeməkləri kasanın kənarlarından uşağın qaşığına doğru yönəltməkdə köməklik göstərir. Amma unutmaq lazım deyil ki, uşağın stol-stulu onun boyuna uyğun olmalıdır.
Uşağa stolun dalında düzgün oturmağı öyrətmək üçün lap əvvəldən vərdişlər aşılamaq lazımdır. Əvvəla uşağı öyrətmək lazımdır ki, yemək yeyən zaman stoldan qalxmaq olmaz. Əlbəttə ki, uşaqdan stolun arxasında birdən-birə tərpənmədən oturmağı tələb etmək olmaz. Bunu müxtəlif yollarla, məsələn uşaq stolun arxasından qalxanda yeməyini götürməklə cəzalandırmaq lazımdır. Uşağa başqa yerdə yeməyə icazə vermək, getdiyi yerə yeməyini aparmağa icazə vermək olmaz.
Uşaq lap əvvəlcədən qaşığı düz tutmağı öyrənməlidir. Əgər o qaşığı düz tutmayıbsa, çox incəliklə əlində düzəltmək lazımdır. Uşağı kasaya və ya boşqaba doğru çox əyilməyə qoymaq olmaz.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 24 yanvar

Astroloji proqnoz - 24 yanvar

24 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08