Qəbir ziyarəti zamanı mərhumun ruhuna hansı duanı oxumaq lazımdır?
Ölkə
20 İyul 2017 20:24

Qəbir ziyarəti zamanı mərhumun ruhuna hansı duanı oxumaq lazımdır?


Məzar ziyarətinə gedərkən, qəbiristanlığın qapısında durub orada yatan bütün ölülərin ruhunu salamlamaq və "İxlas" surəsini 11 dəfə oxumaq müstəhəbdir.

Yaxşı olar ki, adam məzarın kənarında üzü qibləyə olmaq şərti ilə əyilib əlini qəbrin üzərinə qoysun və yeddi dəfə "Qədr" surəsini oxusun.

Milli.Az islam.az-a istinadən bildirir ki, qəbir üstə adət-ənənəyə uyğun olaraq "Fatihə" və "İxlas" surələrini oxumaq, "Ya-Sin" surəsini tilavət etmək də müstəhəb sayılır. Bunlar sanki ölünün ruhuna bağışlanan hədiyyələrdir. Peyğəmbərimiz: "Ölülərinizə hədiyyə göndərin" deyə çox təkid edirdi. O buyururdu ki, rəhmətə getmiş şəxslərin ruhları həftənin cümə günləri dünya səmasına enib öz yaşamış olduqları evin qapısı ağzına gəlirlər. Onlar hüznlü səslə, dirilərin eşidə bilməyəcəyi şəkildə öz yaxınlarına, övladlarına yalvarır və onlardan hədiyyə istəyirlər. Ölülərin ruhuna ən yaxşı hədiyyə isə onların bağışlanması üçün Allaha dua etmək, sədəqə verib savabını onlara bağışlamaq, məzarları üstə gedib Quran oxumaq və mükafatını onların ruhuna göndərməkdir.

Məzarın yanında 3 dəfə bu duanı oxumaq da məsləhət bilinir: "Allahümmə inni əsəlükə bihəqqi Mühəmmədin və ali-Mühəmmədin ən la tüəzzibə hazal-meyyit" (tərc.: "İlahi, Mühəmmədin və Ali-Mühəmmədin xatirinə Səndən diləyirəm ki, bu ölüyə əzab verməyəsən").

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08