Gizli qulaqcıqlara maraq artıb: imtahanlarda istifadə edilib? - VİDEO
Texnologiya
20 İyul 2017 20:44

Gizli qulaqcıqlara maraq artıb: imtahanlarda istifadə edilib? - VİDEO


Ölçüsü cəmi bir neçə milli metrdir. Qulağın içində qoyulur və ətrafdakılar diqqətlə baxmasa, bu cihazı görə bilmirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, son dövrlər ölkəmizdə gizli qulaqcıqlara maraq artıb. Sosial şəbəkələrdə, xüsusi ilə instagramda belə avandlıqların satışı ilə məşqul olan çoxlu sayda səhifə var. Belə səhifələrin əsas müştəriləri isə tələbələrdi. Hətta belə səhifələrdən birində imtahanda bu qurğudan istifadə edən tələbənin suallara düzgün cavab yazdığını bildirən yazışma da qeyd edilib. Qiyməti isə minumum 30 manatdan başlayır.
Belə belə səhifələrin biri ilə əlaqə saxlamağa çalışsaq da qeyd edilən nömrəyə cavab verən tapılmadı.
Tələbələr də imtahanlarda belə vasitələrdən istifadə edildiyini təsdiqləyirlər.
Marketoloqlar isə bu məhsulların satışının qanunvericiliklə qadağan olmadığından başqa məqsədlər üçün istifadəsinin geniş yayıldığını bildirirlər.
Bu və bu kimi vasitələrdən istifadə edərək imtahandan keçən tələbələr isə başqalarını yox, məhz özlərini aldatmış olurlar.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08