Qeyri-adi bacarığı ilə hamını heyran edən 14 yaşlı Fidan - VİDEO
Ölkə
20 İyul 2017 20:44

Qeyri-adi bacarığı ilə hamını heyran edən 14 yaşlı Fidan - VİDEO


14 yaşı var oxduğu sözü, cümləni, hətta yanıltmacı dərhal tərsinə çevirib deyir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Mingəçevirdə yaşayan Fidan Yusifzadə bu qeyri-adi bacarığı ilə digər həmyaşıdlarından fərqlənir. İki qardaşın yeganə bacısı olan qızcığaz, 4 il öncə bu istedadı özündə kəşf edib. Şəhər sakini sözləri, cümlələri tərsinə çevirmək bacarığını müxtəlif filmlər izlədikdən sonra üzə çıxdığını deyir. Sözü qəbul etdikdən sonra dərhal beynində çevirən Fidan Yusifzadə, hətta rəfiqəsinə də tərsinə oxumağı öyrədə bilib.
Fidan Yusifzadə qeyri-adi bacarığı başqalarına da öyrədə bilər. Onun üçün səy göstərmək lazımdır.
Doğmaları əvvəllər Fidanın sözləri, cümlələri tərsinə oxunmasına fikir verməyiblər. Bu vərdişin ötəri olduğunu düşünüblər. Hətta anası onun dediklərini anlamadığını və belə danışığına irad da tutub. Fidan oxuduğu məktəbdə istedadını nümayiş etdirən zaman isə həm müəllimlərin, həm də sinif yoldaşlarının diqqətini çəkib.
14 yaşlı Mingəçevir sakini qeyri-adi bacarığını bununla yekunlaşdırmaq istəmir. O, ingilis, rus dillərində olan sözləri tərsinə oxumaqla daha da fərqlənmək fikirindədir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08