Qadının xəlq olunmasının səbəbi nədir?
Ölkə
20 İyul 2017 20:54

Qadının xəlq olunmasının səbəbi nədir?


Quranda oxuyuruq: "Onların yanında aramlıq tapasınız deyə, sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır". ("Rum" 21).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayədə yuxarıdakı sualın cavabını tapmaq olar. Bu ayə bizə demək istəyir ki, qadınla kişi arasında ülfətin yaranması və evlilik - Allahın nişanələrindəndir. Ancaq bu ayə onu demək istəmir ki, bu aramlıq hissi ancaq kişilərə aiddir. Əslində hər iki cinsə də aid edilir.
Yəni, necə kişi qadınla birlikdə olanda aramlıq hiss edir, eləcə də qadın kişi ilə birlikdə olanda aramlıq hiss edir. Hər ikisinin arasında rəhmət və ülfət meydana gəlir ki, bu aramlıq hissinin yaranmasına səbəb olur.
Əllamə Təbatəbai bu haqda yazır: "Hər bir qadın və kişi öz-özlüyündə naqis və bir-birinə möhtacdırlar. Bu ikisinin cəmindən tam vahid meydana gələr. Bu naqislik və ehtiyaca görədir ki, hər ikisi də bir-birinə tərəf hərəkət edərlər. Bir-birinə çatan kimi, aramlıq taparlar. Hər bir naqis olan kamala meyil edər və hər bir möhtac olan ehtiyacını aradan qaldırmağa çalışar". (Beytutə saytı)
Beləliklə deyə bilərik ki, qadının xilqətinin səbəbi - məhrəminin kənarında aramlığa çatıb, onunla tam olmaqdır. Nöqsan və ehtiyacını aradan aparıb, ülfətə çatmaqdır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08