Həzrət Nuhun ömrünün uzun olmasının sirri
Ölkə
20 İyul 2017 21:14

Həzrət Nuhun ömrünün uzun olmasının sirri


Həzrət Nuhun (ə) ömrünün uzun olmasının sirri bundadır ki, Allah onun qövmünə bəla nazil etmək istəyəndə, Ruhul-əmini Cəbrayili (ə) yeddi dənə bitki toxumu ilə Nuha (ə) tərəf göndərir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Cəbrayil (ə) buyurur: "Ey Allahın peyğəmbəri! Allah Təala buyurur: "Bunlar mənim bəndələrim və məxluqlarımdır. Mən öz bəlalarımı onlara göndərmərəm, məgər o halda ki, əvvəl dəvətimdə təkid edərəm və hüccətimi onlara tamamlayaram.
Ona görə də qayıt və qövmünü yenə dəvət et. Mən sənin haqlı olduğunu onlara göstərərəm. Bu dənələri də yer üzərində ək. O zaman ki, bu dənələr cücərər və meyvə verər, sənin xilasını hazır edəcəkdir. Bu mövzunu səninlə olan möminlərə xəbər ver"".
Həzrət Nuh (ə) onları əkir. O zaman ki, onlar torpaqda cücərir və böyüyür, budaq atır və çüçəklənir, meyvələri zahir olur. Uzun bir müddətdən sonra Allah Nuha (ə) əmr edir ki, o ağacın toxumlarını əksin və səbir etsin.
Bu yolla qövmünə hüccətini tamamlasın. O insanlar ki, Nuha (ə) iman gətirmişdilər, bu mövzudan xəbərdar oldular. Onların 300 nəfəri dindən döndülər.
Dedilər: "Baxmayaraq ki, Nuh (ə) deyir Allah əzab nazil edəcəkdir, bəs niyə indiyə qədər əzab nazil olmamışdır?".
Nuh (ə) öz davamçılarına göstəriş verirdi ki, o ağacların toxumlarını əksinlər. (Bu toxumları) yeddi dəfə əkdilər və onlar böyüdü. Bu zamana qədər çox sayda insan Nuhun (ə) dinindən üz döndərdi və nəhayət 70 nəfər qaldı. (Həvzəh)
Allah Təala Nuha (ə) vəhy edir: "Ey Nuh! İndi aydınlıq zahir olmuşdur və haqq sənin qövmün üçün aşkar olmuşdur. Hər kimin xəbis təbiəti vardı, məlum oldu. Əgər Mən o zaman ki, sən əzab istəyəndə kafirləri öldürsəydim, ancaq sənə iman gətirib sonra mürtəd olanlar sağ qalacaqdılar. Bu zaman sənə xaliscəsinə iman gətirən möminlərə verdiyim vədə ki, onlar yer üzərində canişin olacaqlar, doğru olmazdı.
Çünki Mənim onların əksər hissəsinin imanının zəif olmasına agahlığım vardı. Onların xəbis təbiətini və pis niyyətini bilirdim. Onları necə yer üzündə Öz canişinim edə bilərdim? Onların imanı həqiqi deyildi.
Sonralar yer üzərində canişin olandan sonra öz müxaliflərini öldürməyə başlayacaqlardı ki, özləri qüdrətə çatsınlar.
Onların möminlər arasında olması ilə möminlər arasında necə dini və əmin-amanlığı bərqərar etmək olardı? Bu cür vədə heç bir zaman həyata keçməzdi.
Mən əzabın nazil olmasını təxirə saldım ki, həqiqi möminlər başqalarından tanınsın. Onlar da imanlarından geri qayıtsınlar. İndi ki, bu iş həyata keçibdir, Mən sənin qövmünə əzab göndərəcəyəm, sən də Mənim yardımımla bir böyük gəmi düzəlt".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08