Qazaxıstanlı məktəblilərin Azərbaycanda gəzintiləri təşkil olunacaq - FOTO
Ölkə
20 İyul 2017 21:14

Qazaxıstanlı məktəblilərin Azərbaycanda gəzintiləri təşkil olunacaq - FOTO


Azərbaycanda turizmin inkişafı ilə bağlı Aktau şəhərində daha bir layihə həyata keçirilib. Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun dəstəyi ilə Qazaxıstanın Manqistau vilayətindən məktəbli uşaqların yay istirahətinin səmərəli keçirilməsi üçün Azərbaycana 10 günlük turlarının təşkilinə başlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, baş konsulluqdan verilən məlumata görə, Aktau şəhərində fəaliyyət göstərən "Turist" şirkəti ilə Nabranda yerləşən "Atlant Holiday Village" istirahət mərkəzi arasında əldə olunmuş razılaşmaya əsasən cari ilin 20-30 iyul tarixlərində 70 nəfərlik iki qrup (8-14 yaşında uşaq) "Atlant" istirahət mərkəzində dincələcəklər. Bundan əlavə Qazaxıstanlı məktəblilər, Bakı şəhərinin, Xaçmaz və Quba rayonlarının tarixi yerlərinə gəzintilərin təşkil olunacaq, xalqımızın mədəniyyəti və milli adət-ənənələri tanış ediləcəklər.

İlk dəfə həyata keçirilən bu layihədə qruplar əsasən Aktau Beynəlxalq Dəniz limanı əməkdaşlarının uşaqlarından təşkil olunmuş və səfərin maliyyələşməsi liman tərəfindən həyata keçirilib.

Hal-hazırda Baş konsulluğun konsul dairəsinə daxil olan Manqistau, Atırau, Qərbi Qazaxıstan və Aktyubinsk vilayətlərində altı turizm şirkəti Azərbaycana turistlərin səfərlərinin təşkili ilə məşğuldur. Son illərdə Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərin nəticəsi olaraq, Qazaxıstandan Azərbaycana gedən turistlərin sayı əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb.

Milli.Az






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08