Körpələrinizi süni qidalardan qoruyun
Ölkə
20 İyul 2017 21:24

Körpələrinizi süni qidalardan qoruyun


Körpə üçün ana südündən başqa digər xeyirli ikinci bir qida yoxdur. Amma bəzi analar müxtəlif səbəblərdən öz körpələrini süni qida ilə yedirirlər.
Ümumiyyətlə körpələrə 3 cür qida təyin edilir:
* təbii
* süni
* qarışıq.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, təbii qidalanma dedikdə ana südü ilə qidalanma nəzərdə tutulur. Bu cür qidalanma daha keyfiyyətli qida hesab edilir. Çünki ana südünün tərkibində körpənin normal və sağlam böyüməsi üçün lazım olan yağ, zülal, vitamin, duzlar var. Pediatrlar körpələrin sağlam böyüməsi və uşaq ölümünün azalması üçün ana südünün əvəzsiz bir nemət olduğunu vurğulayırlar. Çünki statistikanın hesablamalarına görə süni qidalarla böyüyən uşaqlar arasında uşaq ölümünün daha çox olduğu sübuta yetirilmişdir. Dünya pediatrları süni qida maddələrinin uşaqlar üçün təhlükəli olduğunu qeyd edir. Onlar ana südü ilə böyüyən uşaqların xəstəliklərə qarşı daha davamlı olduğunu hər dəfə qeyd edir və belə körpələrin gələcək həyatlarında da sağlam həyat tərzi yaşadıqlarını qeyd edirlər.
Süni qida ana südünü əvəz edə bilməmələrilə yanaşı, tərkiblərində zərrərli maddələrin olması ilə körpələrin həyatını risqə atır. Braziliyada aparılan araşdırmalar süni qidalarla qidalanan uşaqlar arasında ishal xəstəliyinin ana südü ilə qidalanan uşaqların sayından 17 dəfə, sətəlcəmin isə 6-8 dəfə artıq baş verdiyini sübut etmişdir.
Mütəxəssislər ana südü ilə böyüyən uşaqların böyüyəndə cəmiyyət üçün daha xeyirli bir insan olduqlarını da sübuta yetirməyə çalışmışlar.
Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 avqust

Astroloji proqnoz - 15 avqust

15 Avqust 2017 00:13
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13