“Zirə” qol axtarışında - YENİLƏNİR
İdman
20 İyul 2017 21:34

“Zirə” qol axtarışında - YENİLƏNİR


Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində çıxış edən Azərbaycan təmsilçiləri də vacib oyuna çıxacaq.

Azərbaycan klubları arasında ilk sınaq "Zirə"nin olacaq. Qəsəbə təmsilçisi öz meydanında "Astra"nı qəbul edəcək. Avrokuboklarda debüt mövsümündə bir mərhələ adlayan Ayxan Abbasovun yetirmələri uğurunu davam etdirmək üçün çətin vəzifənin öhdəsindən gəlməlidi.

Bakılılar ən azı 2 cavabsız qol vurmalıdı. İndiyədək heç bir Azərbaycan klubu səfərdəki 1:3 hesablı məğlubiyyətin əvəzini çıxa bilməsə də, zirəlilər mərhələ keçməyə iddialıdı. Komandalarımız üçün düşərli "Dalğa Arena"ya növbəti qələbə arzusu ilə çıxacaq "Zirə" azarkeşlərini sevindirməklə ölkə reytinqinə də xal əlavə etmiş olacaq. Bakılılar turu adlasa, Ukrayna "Aleksandriya"sı ilə görüşəcək. Bu rəqibin də keçilməz olmadığını nəzərə alsaq, pley-off şansları da olan təmsilçimiz üçün "Astra" ilə duel çox vacibdi.

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunu

20 iyul

"Zirə" (Azərbaycan) - "Astra" (Rumıniya) - 0:0

Baş hakim: Giorgi Vadaçkoria

Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Giorgi Elikaşvili

Dördüncü hakim: Qoqa Kikaçeyşvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)

Bakı. "Dalğa Arena" stadionu

İlk oyun - 1:3

"Zirə": 1. Anar Nəzirov, 3. Jozef Bum, 6. Rəşad Sadiqov, 8. Milan Dyuriç, 9. David Manqa, 10. Kervens Belfort, 11. Viktor İqbokoye, 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Orxan Əliyev, 13. Aleksandr Şemonyayev, 39. Sadiq Quliyev, 99. Nicat Qurbanov

Baş məşqçi: Ayxan Abbasov

"Astra": 23. Plemen İlyev, 4. Markus Vidal, 7. Klaudio Belu Yordaçe, 10. Aleksandru Yonita, 17. Viorel Nikoara, 21. Eriko, 24. Flip Mrjyak, 25. Pyotr Polçşak, 30. Aleksandru Dandea, 77. Aleksandru Stan, 92. Remus Boqdan Çipirliu

Ehtiyat oyunçular: 1. David Lazar, 6. Florin Bejan, 9. Antoni Le Tallek, 20. Robert Valseanu, 71. Andrey Pitian, 95. Romario Moise, 96. Silvio Balauri

Baş məşqçi: Eduard Yordanesku

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13