Futbol üzrə Cibuti yığması dağıdılır
İdman
20 İyul 2017 21:44

Futbol üzrə Cibuti yığması dağıdılır


Cibuti Futbol Federasiyası ölkənin milli komandasını uğursuz nəticələrə görə dağıdıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə BBC Sport məlumat yayıb.

Federasiyanın texniki direktoru Ömər Əli Məhəmmədin sözlərinə görə, əsas komanda həmişə uduzur.

Bu səbəbdən milli komandanın çıxışları dayandırılır.

"Söhbət maliyyədən getmir, bu federasiyanın yeni siyasətidir. Biz 15, 17 və 20 yaşa qədər gənclərin yarışlarında iştirak edəcəyik", - o deyib.

Qeyd edək ki, son altı oyunun hamısında Cibuti yığması məğlub olub (3:24 - ümumi hesab).

Cibuti millisi FİFA-nın reytinqində 211 ölkə arasında 185-ci yeri tutur. Şərqi Afrikada yerləşən ölkənin əhalisi 640 min nəfər təşkil edir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22