Əmək pensiyaçılarının sayı açıqlandı - RƏSMİ RƏQƏM
Ölkə
20 İyul 2017 22:38

Əmək pensiyaçılarının sayı açıqlandı - RƏSMİ RƏQƏM


2017-ci ilin 1 iyul tarixinə Azərbaycanda əmək pensiyaçılarının sayı 1 milyon 325 min nəfər təşkil edir.

Publika.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

“Onlardan 59,2 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi isə əlilliyə görə əmək pensiyası alır. Ölkəmizdə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri sosial təminat sisteminin mühüm bir sahəsi olan pensiya təminatı sahəsində artım dinamikasının cari ildə də davam etməsinə imkan verib”, - deyə E.Babayev vurğulayıb.

Şöbə müdirinin sözlərinə görə, Azərbaycan Prezidentinin Sərəncamına əsasən cari ilin əvvəlindən bütün növ əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin istehlak qiymətləri indeksinə (12,4 faiz) uyğun şəkildə indeksləşdirilərək artırılması təmin olunub: “Ümumilikdə, cari ilin 1 iyul tarixinə Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4 faiz artaraq 201,7 manata çatıb. Yaşa görə əmək pensiyalarının orta aylıq məbləği də 6 faiz artaraq 224 manat təşkil edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların artım səviyyəsi hər ay pensiyaların həmin ay içərisində maliyyələşdirilməsinə imkan yaradıb”.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13