Ayxan Abbasov: "Bizim hakimlərə şükr etməliyik"
İdman
21 İyul 2017 0:04

Ayxan Abbasov: "Bizim hakimlərə şükr etməliyik"


"Belə oyundan sonra danışmaq çətindi. Oyunun çətin keçəcəyini biilirdik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov deyib.
 
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında "Astra"nı qəbul edən paytaxt təmsilçisi rəqibi ilə qolsuz bərabərə qalıb. İlk matçda səfərdə 1:3 hesabı ilə məğlub olan "Zirə" bununla da avrokuboklarla vidalaşıb.
 
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abbasov komandasının çıxışını dəyərləndirib: "Bizə qol lazım idi, buna da hazırlaşmışdıq. İlk dəqiqələrdən yaxşı imkanlarımız olsa da, təəssüf ki, alınmadı. Uşaqlara təşəkkür edirəm, çox əzmkarlıq göstərdilər. Klub olaraq çətinliklərin öhdəsindən gəlirdik. Avropa Liqası bizim üçün yaxşı təcrübə oldu. Günü-gündən inkişaf edirik. Artıq çempionata hazırlaşmaq lazımdı. Çətin çempionat olacaq. Çünki digər komandalar da güclənirlər. Turnir bizim üçün bitdi. Azərbaycanı pis təmsil etmədiyimizi düşünürəm. Gücümüz çatan qədər vuruşacağımızı demişdim".
 
- Hakimliklə bağlı düşüncələriniz necədi?

- Çempionatda bizim hakimlər səhv edəndə çox üstlərinə gedirlər. Rumıniyadakı belaruslu hakimlər ilk qoldakı ofsaydı vermədi. Bu gün də rəqib tempi salırdı, imkan vermədi. Qapıçı çox topu uzadırdı. Bizim hakimlərə şükr etməliyik. Hakim bu gün nəticəyə böyük təsir etmədi. Amma istəyirdik ki, ilk 15 dəqiqədə qol vuraq. Rəqib də ağıllı iş görüb vaxtı uzatdı.
 
- "Differdanj"la oyunla müqayisədə bu gün cinahlardan zəif çıxış etdiniz...

- Razı deyiləm. Bu gün bütün hücumları cinahlardan qurmuşduq. Çünki rəqibin ən zəif yerinin cinahlar olduğunu bilirdik. Məncə, asmalar təhlükəli oldu. Sadəcə, son nöqtəni qoya bilmədik. Bəzi oyunçular təzədi. Oyundan-oyuna daha yaxşı olacaq. Çempionata qədər daha yaxşı olacağına inanıram.
 
- İlk hissə ilə müqayisədə ikinci hissədə aşağı tempdə oynamağınız nə ilə bağlı idi?

- Bu, normaldı. Bilirdik ki, ikinci hissədə eyni tempi davam etdirə bilməyəcəyiik. Rəqib də müdafiədə oturmuşdu. Ona görə istəyirdik ki, erkən qol vuraq, rəqib müdafiədə oturmasın. Ancaq bu alınmadığından, fasilədən sonra işimiz daha çətin oldu. Hava da istidi, futbolçular yorulur.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08