Qriqorçuk: "Panatinaikos" Yunanıstan futbolunun nəhəngi, Avropada tanınan brenddir"
İdman
21 İyul 2017 1:26

Qriqorçuk: "Panatinaikos" Yunanıstan futbolunun nəhəngi, Avropada tanınan brenddir"


Bakı. 21 iyul. REPORT.AZ/ "Qalib gəldiyimiz üçün çox sevinirik. Çünki bu, adi qələbə qazanıb, mərhələ keçmək deyil. İndiki çox çətin vəziyyətdə bunu bacardıq. Klubda deyil, komandadakı vəziyyəti nəzərdə tuturam".
"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Polşada "Yagelloniya"nı 2:0 hesabı ilə yendikləri Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
Ukraynalı mütəxəssis daha yaxşı oynamağa qadir olduqlarını bildirib:
"Çətinlik ondadır ki, komanda yenidir və onu qurmağa vaxtımız az olub. Futbolçularımla fəxr edir, onları sevirəm. Onlar belə çətin vəziyyətdə ciddi nəticə qazana bildilər. Bu qələbə bizim üçün çox vacib idi. İndi biz gündən-günə daha yaxşı olacağıq. Hər növbəti matçda bu komanda daha güclü olacaq. Biz bu gün ilk oyunla müqayisədə daha yaxşı idik. Komandada bundan da yaxşı oynamaq potensial var".
Qriqorçuk Avroliqanın III təsnifat mərhələsində qarşılaşacaqları Yunanıstan "Panatinaikos"u barədə də danışıb. O, yenilənmiş komanda ilə üz-üzə gələcəklərini söyləyib:
"İki il əvvəl qarşılaşdığımız heyətdən 2-3 futbolçu qalıb. Başa düşürük ki, bu komanda pis ola bilməz. Bu, Yunanıstan futbolunun nəhəngi, Avropada tanınan brenddir. Bizi iki ciddi qarşılaşma gözləyir. Bu matçlar çox maraqlı olacaq”.
"Yagelloniya" ilə ev oyununda 1:1 hesablı heç-heçə edən "Qəbələ" səfər qələbəsi sayəsində (2:0) mərhələ adlayıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 avqust

Astroloji proqnoz - 15 avqust

15 Avqust 2017 00:13
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13