Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində güclü zəlzələ olub, 2 nəfər ölüb, 70-i yaralanıb
Dünya
21 İyul 2017 5:21

Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində güclü zəlzələ olub, 2 nəfər ölüb, 70-i yaralanıb


Bakı. 21 iyul. REPORT.AZ/ İyulun 21-nə keçən gecə Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.
"Report" xəbər verir ki, zəlzə Türkiyənin kurort şəhəri Bodrum və Yunanıstanın Kos adasında hiss olunub.
Yunanıstanda binanın dağılması nəticəsində 2 nəfər ölüb, Türkiyədə isə 70 nəfər xəstəxanalara müraciət edib.
Zəlzələnin episentri Türkiyə sahilindən 10,9 km, Yunanıstanın Kos adasından isə 12 km aralıda dənizin 10 km dərinliyində qeydə alınıb.
Türkiyənin Muğla şəhərinin meri Osman Güronun sözlərinə görə, bəzi insanlar xilas olmaq üçün özlərini binadan yerə atıblar. O, həmçinin bildirib ki, yeraltı təkanlar nəticəsində xəstəxana binasına ziyan dəyib və bu səbəbdən personal və xəstələr təxliyyə edilib.
Zəlzələ nəticəsində Türkiyə sahillərində sunami yaranıb. Dalğa şəhərə qədər gəlib çatıb.







loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13