"Zirə"nin rumıniyalı müdafiəçisi: "Bu gün idman xoşbəxtliyi “Astra”nın tərəfində idi"
İdman
21 İyul 2017 5:41

"Zirə"nin rumıniyalı müdafiəçisi: "Bu gün idman xoşbəxtliyi “Astra”nın tərəfində idi"


Bakı. 21 iyul. REPORT.AZ/ "Oyuna yaxşı başladıq. Hər iki hissədə qol imkanlarımız olsa da, bu mərhələdən rəqib komanda qalib ayrıldı”.
Bunu "Report”a müsahibəsində "Zirə”nin rumıniyalı sağ cinah müdafiəçisi Qabriel Matey Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Rumıniya "Astra"sı ilə 0:0 hesablı heç-heçə edərək mübarizəni dayandırdıqları görüşdən sonra bildirib.
"Biz meydana qələbə əzmiylə çıxmışdıq, komanda yoldaşlarım da qələbə qazanmaq üçün var qüvvələrini qoydular. Lakin bu axşam idman xoşbəxtliyi „Astra” klubunun tərəfində idi”- deyə Q. Matey vurğulayıb.
Müdafiəçi qeyd edib ki, şərəfini qoruduğu klubla bundan sonra bütün diqqətini ölkə çempionatına ayıracaq.
"Lüksemburqun “Differdanj” klubunu məğlub etdik, “Astra” klubuna qarşı yaxşı oyun nümayiş etdirdik. Təəssüf ki, bizim üçün Avropa Liqası başa çatdı. Diqqətimizi ölkə çempionatına yönəltməliyik. Yaxşı çıxış edərək, çempionatda yüksək pillələri tutmalıyıq ki, növbəti ildə yenidən Avropa Liqasına qoşulaq. Bəlkə elə ölkə çempionu olub Çempionlar Liqasında mübarizəni davam etdirdik. Niyə də olmasın?! Hər şey mümkündür”, - deyə Q.Matey vurğulayıb.
“Zirə” klubuna yenicə qoşulan müdafiəçi seçimində yanılmadığını da bildirib:
“Azərbaycana gəlməzdən öncə sizin çempionatda oynayan rumın futbolçularla məsləhətləşdim, ölkəniz haqqında məlumat aldım. Düzdür, bəzi klublardan təkliflər var idi, amma mən "Zirə"ni seçdim və hesab edirəm ki, seçimimdə yanılmamışam. Bakı gözəl şəhərdir, insanları da qonaqpərvərdir. İlk gündən belə qarşılanacağımı gözləmirdim. İstəyirəm ki, hər bir oyunumuzda azarkeş ordusu bizi dəstəkləsin, stadiona axışsınlar. Tez bir zamanda ölkə çempionatına start verilsin və biz də qələbələr qazanaraq çempionatın yüksək pilləsində qərarlaşaq”.
"Astra" klubu "Zirə" üzərində ilk qarşılaşmada 3:1 hesabı ilə qalib gəldiyindən, növbəti III mərhələyə adlayıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08