Çəkdiyiniz cızma-qaraların MƏNALARI SİZİ DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTO
Maraqlı
21 İyul 2017 7:24

Çəkdiyiniz cızma-qaraların MƏNALARI SİZİ DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTO


Söhbət zamanı, mühazirələrdə, görüşlərdə və ya sadəcə düşünərkən əlimizdə qələm varsa mütləq vərəqdə nəsə cızma-qara edəcəyik.

Milli.Az fərqinə varmadan çəkdiyimiz müxtəlif cızma-qaraların mənalarını araşdırdı. Sən demə, çəkdiyimiz balaca nöqtənin belə bizim psixoloji vəziyyətimizlə və yaşadıqlarımızla birbaşa əlaqəsi var. Bəs çəkdiyimiz bu rəsmlər nəyin işarəsidir?

Rəqəmlər

Hər dəfə yeni günün doğmasına baxmayaraq ürəyiniz sevinmir. Sizin daha çox qayğıya və diqqətə ehtiyacınız var.

Həndəsi fiqurlar

Kvadrat, romb, üçbucaq fiqurlarını çəkən insanlar dəqiq məqsədi olan insanlardır. Onlar praktik zəkaya, məntiqli düşüncə tərzinə malikdirlər. Yaxşı lider ola bilərlər. Bundan başqa, həndəsi fiqurlar çəkən insanlar dəqiqliyə sadiqdirlər, ağıllıdırlar və hər şeyi çox gözəl planlamaq xüsusiyyətinə malikdirlər. Əgər fiqurların çox iti ucları varsa, bu aqressivlikdən xəbər verir. Belə insanların zəif yeri həddindən artıq diqqətcil olmalarıdır. Arada istirahət etsələr, yaxşı olar.

Xaç

Xaçlar günah hissinin olduğunu göstərir.

Spiral, dalğa və dairə

Başqalarının problemləri səni narahat etmir. Belə insanlar özünə çox qapanıq olur və başqalarının onun işlərinə müdaxilə etməsini sevmir.

Ulduz

Optimist xarakterdən xəbər verir. Belə insanlar çətinliklərdən qorxmur və onu tez həll etməyə çalışır. Bu fiqur özünə diqqəti cəlb etmək istəyini göstərir.
Kökü bilinən ağac
Ağac çəkən insanlar özünü itirmiş və məyus olmuş insandır. Amma yarpaqları və qalın gövdəsi olan ağaclar energetik, şən insan olduğunuzu və heç nəyin rahatlığınızı pozmadığından xəbər verir.

Ürək

Özünü əzilmiş hiss edir. Bütün kainatı qucaqlamaq istəyirlər, amma hisslərini gizlədirlər.

Arı şanı

İtirilmiş həyatın, dünyanın və özünün axtarışındadır. Bu cızma-qara özünün belə etiraf etmədiyi, ailə qurmaq istəyinin olduğunu göstərir.

Gül və ləçək

Əxlaqdan xəbər verir. Belə insanlar xoş və yardımsevər olurlar. Hissiyyatlı və emosionaldırlar.

Şahmat

Xoşagəlməz və çətin situasiya içərisindəsiniz. Şahmatda olduğu kimi problemlərinizi taktika işlədərək həll etmək haqda düşünürsüz.

Xətt və ştrix

Xətt nə qədər qalındısa, çəkənin içindəki təzyiq bir o qədər çoxdur. O, tezliklə çıxmaq istədiyi söz-söhbətin içindədir.

Cızma-qara (qarışıq, dolaşıq xətlər)

Xaosdan və daxili nizamsızlıqdan xəbər verir. Bunu çəkən insanlar ciddi qərarın bir addımlığındadır.

Ev

Düzgün simmetrik xətlər insanın hər şeydə nizam-intizamı sevdiyini göstərir. Bu rəsmi çəkən insanın önündə dəqiq məqsədlər var.

Dodaq

Bunu daha çox qızlar çəkir. Bu, insanın həssas və istedadlı olmasını göstərir. Belə insanlar incəsənəti sevir. Ancaq dodaqda kəsik var, insanın aqressiv olmasına işarədir.

İnsan üzü və başı

Bunu adətən ətraf mühitə və özünə gülən şən, istehzalı insanlar çəkir.

Gözlər

Bu rəsmi çəkənlər müşahidəçi insanlardır. Əgər göz bəbəkləri başqa tərəfə baxırsa, insan demək özünü axtarışındadır. (publika.az)

Milli.Az







loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13