83 yaşlı həkim 100 il sağlam yaşamağın reseptini açıqladı - FOTO
Sağlamlıq
21 İyul 2017 8:03

83 yaşlı həkim 100 il sağlam yaşamağın reseptini açıqladı - FOTO


Dünyanın 83-dən çox ölkəsində öz mühazirələri ilə yadda qalan məşhur həkim Xristor Mermerski bildirir ki, yanlış qidalar qəbul edərək, qəbrimizi özümüz qazırıq. 83 yaşlı alimin fikrincə, insanın 100 il yaşamamasının günahkarı yalnız özüdür.

Qocalıq

Ümumiyyətlə, bir sıra alimlərin fikrincə, qocalıq təbii hal deyil. Yanlış qida rasionunu gündəlik həyatımıza daxil edərək, qocalma prosesini özümüz yaxınlaşdırırıq. Bu səhvimiz ucbatından cəmiyyətimizdə diabet, infarkt, mədə xorası, padaqra və bir sıra xərçəng növləri sürətlə yayılır.

Qocalığı ləngidən qidalar

Həkim bütün ərzaqlardan az da olsa, dadmağı tövsiyə edir. O, qocalmaq istəməyənlərə öz rasionlarına meyvə, tərəvəz, süd məhsulları, ən əsası isə, şərab daxil etməyi tövsiyə edir.

Həkim Mermerskinin fikrincə, fransız xalqının uzunömürlülüyünün səbəbi hər gün az miqdarda şərab içməkləridir.

Bədəni toksinlərdən təmizləyib arıqlamaq heç də çətin deyil

500 qr təmiz qatığa 1 xörək qaşığı bal, 1 xörək qaşığı alma sirkəsi, 1 çay qaşığı darçın və 40 damcı 30%-lik propolis damcısı əlavə edin. Desertə istənilən meyvənin dilimlərini də, qata bilərsiniz. Bu dadlı təbii qidanı ya naharda, yaxud da, şam yeməyində yeyə bilərsiniz. Qısa zaman ərzində artıq çəkidən və toksinlərdən qurtulacaqsınız.

Təbii vitaminlər

Dünya şöhrətli genetik alim Azərbaycanda aparılmış bir təcrübə barədə qeyd edir: “Azərbaycanlı məsləkdaşlarım sarımsağın sehirli özəlliklərini sübuta yetiriblər. Bir stəkana tərkibində xəstəliklər yaradan 80 mikrob olan su töküblər. Digər stəkana isə sarımsaq qoyublar. Stəkanları yanaşı qoyub, bir neçə saat gözləyiblər. Vaxt tamam olanda suyun tərkibini bir daha yoxlayıblar. Sarımsaq hətta məsafədən mikrobların hamısını məhv edib. Bu, tibb elminin möcüzəsi sayıla bilər.

Propolis də oxşar xüsusiyyətlərə malikdir. O, qrip viruslarını məhv edir, qastrit, disbakterioz və digər xəstəliklərlə mübarizə aparır.

Saçını və dırnaqlarını möhkəmləndirib, parlaqlıq qazandırmaq istəyən xanımlar isə şüşə qabın içində bal, limon, ərik qurusu, qoz və kişmişi qarışdırıb, gün ərzində 3 qaşıq qəbul edə bilərlər.

Qidalardakı zəhər

Dünyada 200-dən çox kimyəvi qida maddələri var. Bu maddələr ərzaqlara xoş ətir və süni təravət qatsa da, əslində çox zərərlidir. Odur ki, mağazalardan ərzaq alanda üzərindəki tərkib hissələrini oxuyun. Əgər mətndə natrium nitrat və natrium nitrit sözləri yazılıbsa, bu məhsulları almayın. Bilin ki, bu maddələr sizin və övladlarınızın sağlamlığının birinci düşmənidir. Adıçəkilən kimyəvi maddələrə daha çox sosis və kolbasalarda, konservalarda rast gəlinir.

Hidroksitoluol butilat və hidroksianizol maddələri ən zəhərli konservantlardır. Onları saqqız, makaron, şirniyyatlar və digər qidalara vururlar ki, gec xarab olsunlar. Uşaqların daha çox sevdikləri bu məhsullar isə xərçəng və allergiyaya səbəb olur.

Müasir dövrdə insanlar əvvəlki illərə nisbətən daha çox şəkər qəbul edirlər. Şəkəri artıq əminliklə “ağ ölüm” adlandıra bilərik. Onun faydası toxunacaq heç bir insan orqanı yoxdur.

Sonda isə Xristo Mermerski uzunömürlülüyün reseptini bölüşür:

1. Yandıra bilməyəcəyiniz kaloriləri qəbul etməyin

2. Gün ərzində ən az 1 ədəd alma yeyin

3. Buz kimi su və bitki çayları için

4. Gün ərzində fiziki və zehni cəhətdən aktiv olun

5. Hər gün duş qəbul edin

6. Sərin otaqda yatın

7. Gün ərzində 30 dəqiqə piyada gəzin

8. Özünüzü sevdiyiniz insanlarla ünsiyyətdən və seksdən məhrum etməyin

9. Yaşınızın böyüdüyünü özünüzə belə, etiraf etməyin.

Leyla Sarabi




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13