DİQQƏT: "Dostum evlənir" yazmayın
Ölkə
21 İyul 2017 10:32

DİQQƏT: "Dostum evlənir" yazmayın


Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi toy mövsümünün başlanması ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

İdarə rəsmisinin Metbuat.az-a verdiyi məlumata əsəsən bəy-gəlin cütlüyünü müşayiət edən avtomobil karvanlarında xeyli xətalar baş verir: "Ona görə həm xəbərdarlıq, həm də tələb edirik ki, toy karvanlarında nizam-intizama riayət edilsin, yol-hərəkət qaydaları pozulmasın. Nəqliyyat vasitələrinə müxtəlif bəzək əşyaları vurarkən dövlət nömrə nişanları görünmür. Eyni zamanda dövlət nömrə nişanının üzərinə "Dostum evlənir" və yaxud bəy-gəlinin adını yazmaq inzibati xəta tərkibi yaradır. Diqqətli olun, belə hallara yol vermək olmaz. Sonra deyilməsin ki, "bizim mentalitetimiz budur, gəlin aparırıq, yaxud gənclər ailə qurur, olar". Gənclər ailə qursa belə, hər şey qanunvericiliyin tələbinə uyğun olmalıdır".

Rəsmi əlavə edib ki, həmçinin bəy-gəlin avtomobilini müşayiət edən sürücülərə yolda hərəkət zolaqlarını lüzumsuz olaraq tutmamaları barədə xəbərdarlıq edib: "Sürət həddini aşmasınlar, səs siqnallarından istifadə etməsinlər, başqalarının hərəkətinə mane olmasınlar. Ərazidə əməkdaşlarımız olmasa da, kameralar vasitəsilə bu xətalar qeydə alınır və tədbirlər görülür".

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

İrəvanda partlayış oldu

İrəvanda partlayış oldu

20 Yanvar 2018 01:12
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08