Türkiyədəki zəlzələnin Azərbaycana təsiri varmı?
Ölkə
21 İyul 2017 11:13

Türkiyədəki zəlzələnin Azərbaycana təsiri varmı?


“Türkiyədə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur, ola da bilməz”.

Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, məsafə çox olduğuna görə, zəlzələAzərbaycan ərazisinə təsir etməyib: “Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10 kilometr məsafədə yerləşib. Zəlzələ qeydə alınan yer tamam başqa regiondur. Orada gedən tektonik proseslərin, dərinlik qırılmalarının Azərbaycanla ümumiyyətlə, bağlılığı yoxdur. Əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur”.

Q. Yetirmişli əlavə edib ki, Azərbaycan ərazisində tektonik proseslərlə bağlı narahatlıq mövcud deyil: “Zəif təkanlar hiss olunsa da, qorxulu heç nə yoxdur. Dünən Saatlıda zəlzələ olub, amma yüngül təkandır, təhlükəli tərəfi yoxdur”.

Qeyd edək ki, Egey dənizi sahillərində baş verən zəlzələ nəticəsində 70-dək Türkiyə, 100-dən artıq Yunanıstan vətəndaşı xəsarət alıb. (apa)

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13