Azərbaycanda iri dövlət şirkətlərinə gəlir və xərc smetalarını hazırlamaq üçün əlavə vaxt verilib
İqtisadiyyat
21 İyul 2017 11:16

Azərbaycanda iri dövlət şirkətlərinə gəlir və xərc smetalarını hazırlamaq üçün əlavə vaxt verilib


Bakı. 21 iyul. REPORT.AZ/ Nazirlər Kabineti “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 30 deklabr 2016-cı il tarixli qərarında dəyişikliklər edib.
“Report” xəbər verir ki, dəyişikliyə əsasən bundan sonra iri dövlət şirkətləri növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini hər il iyulun 1-nə qədər deyil, avqustun 1-nə qədər müvafiq Komissiyaya təqdim edə biləcəklər. Komissiyanın həmin layihələri təsdiqləmək üçün son tarix isə noyabrın 1-dən dekabrın 20-nə dəyişdirilib.
Bundan başqa, iri dövlət şirkətlərinin təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı indiki kimi hər rübdən sonra 30 gün ərzində deyil, artan yekunla hər rübdən sonrakı ayın 15-nə qədər Komissiyanın üzvlərinə və Katibliyinə, kağız və elektron daşıyıcılarda təqdim etməsi qərarlaşdırılıb.
Bundan başqa, qərara alınıb ki, iri dövlət şirkətləri təsdiq olunmuş smetanın icrası barədə rüblük hesabatda iri dövlət şirkətlərinin daxilolmaları və xərcləri proqnoz göstəricilərindən 10%-ə qədər az və yaxud çox olduqda, Komissiyanın Katibliyinə bunun səbəbləri barədə müvafiq izahat təqdim etsinlər. Katiblik hər rüb üzrə smetanın icrasına dair müvafiq arayış hazırlayaraq Komissiyanın üzvlərinə təqdim etsin və hər rübdən sonrakı ayın 30-dək Komissiyada müzakirəsini təşkil etsin. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08