500 minlik cinayət törədən keçmiş MTN polkovnikinin MƏHKƏMƏSİNDƏ OLANLAR
Ölkə
21 İyul 2017 11:28

500 minlik cinayət törədən keçmiş MTN polkovnikinin MƏHKƏMƏSİNDƏ OLANLAR


Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almaqda ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyilə baş tutan prosesdə Mirəziz Əsgərovun vəkilləri Əlrmətərdan Sadıqov və Fazil Nəhmətovun iştirak etmədyi məlum olub. Mirəziz Əsgərov prosesdə fasilə verilməsini, vəkillərinin iştirakının təmin edilməsini istəyib.

Zərərçəkmiş Vidadi Əzizovun nümayəndəsi bildirib ki, zərərçəkmiş səhhətilə bağlı prosesdə iştirak edə bilmir: “Biz vəsatət vermək istəyirik. Vəsatətimiz ondan ibarətdir ki, Mirəziz Əsgərov ev dustaqlığına buraxılsın, Vidadi Əzizova qarşı cinayət törədən digər MTN əməkdaşları mısuliyyətə cəlb olunsunlar”.

Prokuror Vüqar Quliyev deyib ki, bu vəsatəti zərərçıkmişin özü verə bilər.

Növbəti proses iyukun 28-də davam edəcək.

İttihama görə, Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb. Daha sonra Əsgərov Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb, amma son nəticədə 40 min manat alıb.

Hacı Zeynalov

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 avqust

Astroloji proqnoz - 16 avqust

16 Avqust 2017 00:13
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13