Bodrumdakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlı var? - AÇIQLAMA
Ölkə
21 İyul 2017 11:34

Bodrumdakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlı var? - AÇIQLAMA


İlkin məlumata əsasən Türkiyənin Bodrum şəhərində zəlzələ zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın İstanbuldakı Baş konsulluğundan bildiriblər.

Qeyd olunub ki, indiyədək azərbaycanlıların xəsarət alması barədə məlumat daxil olmayıb.

Baş konsulluq zəlzələnin baş verdiyi Bodrum şəhərinin meriyası ilə mütəmadi əlaqə saxlayır.

Qeyd edək ki, Egey dənizində, Türkiyənin kurort şəhəri Bodrumdan 12 km məsafədə 6,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində Yunanıstanın Türkiyə sahilləri yaxınlığındakı Kos adasında biri türk olmaqla iki nəfər ölüb, 120 insan xəsarət alıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13