Prezident İlham Əliyev Pirallahı rayonunda içməli su təchizatı layihəsinin açılışında iştirak edib - YENİLƏNİB - FOTO
Ölkə
21 İyul 2017 11:44

Prezident İlham Əliyev Pirallahı rayonunda içməli su təchizatı layihəsinin açılışında iştirak edib - YENİLƏNİB - FOTO


11:42

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunun içməli su təchizatı layihəsinin açılışında iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyəti adından çıxış edən Ülkər Şirinova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.

Sonra Azərbaycan Prezidenti "Pirallahı qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi üzrə görülən işlərin texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış oldu.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verdi.

Prezident İlham Əliyev Pirallahı rayonuna təmiz içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Pirallahı rayonunda "Nərəkənd" layihəsi çərçivəsində yaradılacaq "CMS Properties" MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına müəssisə barədə məlumat verildi. Bildirildi ki, qapalı tipli fermada ildə 75 ton rus nərəsinin və 25 ton çökə ətinin, habelə 4 ton kürünün istehsalı nəzərdə tutulub. Həmin fermada dənizdən təchiz olunan su süzgəcdən keçirilərək duruldulacaq, duzluluğu müvafiq səviyyəyə çatdırılacaq və qapalı sistemdə təkrar dövriyyə olunacaq.

Prezident İlham Əliyev balıqyetişdirmə fermalarının təməlini qoydu.

----------

11:32

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda balıq yetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən "Nərəkənd" kompleksində yaradılan şəraitlə tanış olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə rayonda və kompleksdə yaradılan şərait barədə ətraflı məlumat verdi.

Milli.Az














loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08