Moskva ABŞ-ı “duzlamaq” istəyir – İTTİHAM
Dünya
21 İyul 2017 11:53

Moskva ABŞ-ı “duzlamaq” istəyir – İTTİHAM


“Rusiya Suriyada ABŞ-ı “duzlamaq” istəyir”.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo deyib.

Koloradoda təhlükəsizlik üzrə forumda çıxış edən Pompeonun sözlərinə görə, Rusiya Suriyanın işlərinə “Amerikanı duzlamaq” üçün cəlb edilib. O qeyd edib ki, Ağ Evin indiki administrasiyası Moskvaya qarşı ölkənin əvvəlki rəhbərliyi ilə müqayisədə daha sərtdir.

“Onlar bizim həyatımızı çətinləşdirə biləcək istənilən yerləri tapmaq istəyirlər”, - Pompeo deyib.

İdarənin başçısı terrorizmlə mübarizədə Rusiya-Amerika əməkdaşlığının inkişafına ümid etdiyini bildirib. Amma o, Suriyada Moskvanın əsas hədəfinin İŞİD-lə mübarizə olduğuna şübhə etdiyini dilə gətirib. MKİ direktoru Rusiyanın İŞİD-lə mübarizədə töhfəsini “minimal” adlandırıb.

Pompeo əmindir ki, Moskva ABŞ-dakı prezident seçkilərinə müdaxilə edib.

Ömər

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13