Mənzil alan jurnalist CÜTLÜKLƏR
Ölkə
21 İyul 2017 12:04

Mənzil alan jurnalist CÜTLÜKLƏR


Jurnalistlər üçün tikilən binada mənzil verilən KİV nümayəndələrinin tam siyahısı açıqlanıb. Siyahıdan bəlli olur ki, mənzil alan jurnalistlər arasında cütlüklər də var. 

Milli.Az modern.az-a istinadən onların siyahısını təqdim edir:

Elçin Bayramlı, Lalə Mehralı - ikisi də müstəqil jurnalistdir.

Əliəsgər Behbudlu, Sevda Behbudlu - bu evli cütlüklərdən ər müstəqil jurnalistdir. Sevda Behbudlu isə AzTV-nin əməkdaşıdır.

Məğrur Əliyev, Fərəh Sabirqızı - ər "Kaspi" qəzetinin, xanımı isə CBC TV-nin əməkdaşıdır.
               
Natiq Ağayev, Nəzakət Fərhadova - birinci ATV-nin, ikinci isə AzTV-nin jurnalistidir.

İlham Rəfiyev, Nüşabə Hüseynova - müvafiq olaraq müstəqil jurnalist və "Space" TV-nin əməkdaşı.

Asəf Quliyev, Kəmalə Quliyeva - müstəqil jurnalist, xanımı isə lent.az saytını əməkdaşıdır.

Etibar Qurbanov, Fərqanə Qurbanova - hər ikisi "Space" TV-nin əməkdaşıdır.

Kənan Məhəmmədov, Günay Məhərrəmova - ər Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin əməkdaşı, xanımı isə müstəqil jurnalistdir.

Afət Məmmədov, Xuraman Məmmədova - ər "Xalq" qəzetinin, xanımı isə "İki sahil" qəzetinin əməkdaşıdır.

Elməddin Muradlı, Xəyalə Muradlı - ər "Üç nöqtə" qəzetinin redaktoru, həyat yoldaşı isə lent.az saytının əməkdaşıdır.

Ramin Nazıyev, Çimnaz Ağakişiyeva - hər ikisi İTV-nin əməkdaşıdır.

Zahid Nurəliyev, Rəna Hacıyeva - ər teleqraf.com saytının redaktoru, xanımı isə müstəqil jurnalistdir.

Qulu Ağsəs, Laura Quliyeva - ər "Ulduz" jurnalının baş redaktoru, xanımı isə müstəqil jurnalistdir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08